Dünya Özəl

Blinken: İsrail HƏMAS-a atəşkəs təklif edib

Blinken: İsrail HƏMAS-a atəşkəs təklif edib

“İsrail HƏMAS-a atəşkəs təklifi edib və HƏMAS-ın bunu qəbul edəcəyinə ümid edirik”.

Demokrat.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.

O deyib ki, hazırda HƏMAS-ın qarşısında vacib seçim dayanır:

“İsrail gözləniləndən də səxavətli bir atəşkəs təklifi etdi. Hazırda Qəzza əhalisi ilə atəşkəs arasında sadəcə HƏMAS dayanır. HƏMAS çox sürətli şəkildə qərarını verməlidir”.

Qeyd edək ki, HƏMAS indiyədək Misir, Qətər və ABŞ-nin müzakirə etdiyi və İsrailin təsdiqlədiyi təklifləri qəbul etməyib.

Aysu Demokrat.az

D
demokrat.az