Hadisə

Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət — VİDEO/FOTO

Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət — VİDEO/FOTO

Xəbər verdiyimiz kimi, bu gün Zığ şosesinin 8 Noyabr prospekti istiqamətində - Sadıqcan küçəsi ilə kəsişməsində ağır yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, aparıcı Aytən Səfərovanın idarə etdiyi avtomobilin də iştirakı ilə baş vermiş ağır qəza son 1 ayda ərazidə qeydə alınmış çoxsaylı yol-nəqliyyat hadisələrindən biridir.

Belə ki, martın 15-dən əsaslı təmir işlərinin aparıldığı 8 Noyabr prospektində təhlükəsizlik tədbirlərinin yetərincə həyata keçirilməməsi səbəbindən bir neçə dəfə burada müxtəlif qəzalar baş verib. Xatırladaq ki, “Qafqazinfo” ərazidəki təhlükəli vəziyyətlə bağlı bir neçə gün əvvəl də məlumat yaymışdı.

Son hadisənin baş verdiyi ərazidə apardığımız müşahidələr zamanı da ərazidə asfalt örtüyünün qaşınması, müxtəlif qazıntı işlərinin görülməsi və təhlükəsizliklə bağlı önləyici tədbirlərin görülməməsi məlum oldu. Maraqlıdır ki, gecə saatlarından başlayan qazıntı zamanı əldə etdiyimiz görüntülərdən aydın olur ki, ərazidə heç bir xəbərdarlıq nişanı olmayıb. Səhər isə yola çıxan sürücülər yeni sürprizlərlə qarşılaşıblar.

D
demokrat.az