Pakistanın cənub-qərb əyalətlərində son 3 gündə yağan güclü yağış nəticəsində həyatını itirənlərin sayı 39-a yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə “Daun” internet saytı məlumat yayıb.
Məlumata görə, Pəncab, Bəlucistan və Hayber Pantunxva əyalətlərində 3 gündür davam edən güclü yağış nəticəsində ən azı 39 nəfər həyatını itirib.
Səlahiyyətlilər, həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb.
Yağışların yaratdığı daşqınlarda çoxlu evlər zərər görüb, infrastruktura da ciddi ziyan dəyib.
Qeyd edək ki, Pakistanda 2022-ci ildə daşqınlar nəticəsində 2 minə yaxın insan həyatını itirimişdi.
Aysu Demokrat.az


