Cari tədris ilində Azərbaycanda 49 nəfər dünyanın ən prestijli universitetlərinə qəbul olub.
Demokrat.az xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyətin Təşkili Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov jurnalistlər üçün keçirilən "Kvalifikasiyaların tanınması Xarici kvalifikasiyalar, Qeyri-formal və informal təhsilin tanınması" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, sözügedən şəxslər Dövlət Proqramı vasitəsilə dünyanın ən reytinqli 10 universitetində təhsil alır:
“Bu kifayət qədər qürurverici faktdır. Xaricdə təhsilə üz tutan bütün vətəndaşlarımız prestijli təhsil müəssisələrinə qəbul olmaya bilər. Lakin nəticə etibarilə vətəndaşlarımıza tövsiyə edirik ki, onlar universitet seçimi edərkən, bu barədə araşdırma etsinlər. Çünki universitet seçiminin düzgün edilməməsi gələcəkdə diplomun tanınmaması ilə nəticələnə bilər”.
Aysu Demokrat.az


