“Hazırda Azərbaycandan Ukrayna universitetlərinə qəbulun dayandırılması müzakirə edilmir”.
Demokrat.az xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyətin Təşkili Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov "Kvalifikasiyaların tanınması Xarici kvalifikasiyalar, Qeyri-formal və informal təhsilin tanınması" mövzusunda keçirilən tədbirdə jurnalistləri cavablandırarkən deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşları istənilən coğrafiyada təhsil ala bilər:
“Müvafiq ölkəyə münasibətdə reallıqları nəzərə alaraq lazimi təhlillər aparılır. Lakin hal-hazırda ölkəmizdən Ukrayna universitetlərinə qəbulun dayandırılması müzakirə mövzusu deyil. Bəzi ölkələrin məsələyə yanaşması ilə tanışıq.
Faktiki olaraq bir neçə ölkədə artıq bununla bağlı addımlar atılıb. Bizim məqsədimiz bu məsələdə sadəcə vətəndaşın rifahına xidmət etməkdir. Cəmiyyətimizə gələcəkdə əmək bazarına daxil olacaq kadrların səriştəsi ilə əlaqədar üzərimizə düşən öhdəliyi yerinə yetirməkdir”.
Aysu Demokrat.az


