Siyasət

Türkiyənin Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəldi – FOTO

Türkiyənin Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəldi – FOTO

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"

Demokrat.azxəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

D
demokrat.az