“İsrailin hücumlarında süni intellektdən istifadə etdiyi xəbərindən dərin narahatlıq keçiririk. Süni intellekt müharibə aparmaq üçün istifadə edilməməlidir".
Demokrat.az xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş bildirib.
O bildirib ki, İsrailin hücumlarında süni intellektdən istifadə etməsi ilə bağlı xəbərlər yayılıb.
“Yayılan xəbərlərdən dərin narahatlıq keçiririk. Süni intellekt müharibə aparmaq üçün istifadə edilməməlidir. Bu xüsusilə insanların sıx məskunlaşdığı bölgələrdə çox sayda mülki itkiyə səbəb ola bilər”.
İllərdir süni intellektin silah kimi istifadə edilməsinə qarşı xəbərdarlıq etdiyini xatırladan Quterreş, süni intellektin dünyanın xeyrinə istifadə edilməsi lazım olduğunu vurğulayıb.
Aysu Demokrat.az


