Region Özəl

Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirilən tarixi Quran vətəninə qaytarılıb

Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirilən tarixi Quran vətəninə qaytarılıb

2017-ci ildə Türkiyədən qanunsuz olaraq çıxarılaraq İngiltərədə satışa çıxarılan Osmanlı xəttatlıq məktəbinin banisi, məşhur xəttat Şeyx Həmdullahın oğlu Mustafa Dədənin XVI əsrdə sülüs xəttatlığı ilə yazdığı Qurani-Kərim vətəninə qaytarlıb.

Demokrat.az “TRT Haber”ə istinadən xəbər verir ki, 2017-ci ildə Türkiyədən qeyri-qanuni yollarla çıxarılaraq İngiltərədə satışa çıxarılan Qurani-Kərimin Türkiyəyə qaytarılıb.

Bu barədə Mədəniyyət vəTurizm naziri Mehmet Nuri Ərsoy məlumat verib. O qeyd edib ki, Qurani-Kərim Müşəfi Türk və İslam Sənəti Muzeyində sərgilənəcək:

“XVI əsrin əvvəllərində yazılmış bu kitab “vassale” olaraq təyin etdiyimiz texnika ilə fərqli bir kağıza yapışdırılaraq hazırlanması ilə diqqət çəkib. Təqib prosesindən sonra ölkəmizə təqdim etdiyimiz Quran-ı Kərim kitabı üçün bütün qurumlara ürəkdən təşəkkür edirəm. Bu kimi bir çox dəyərli əsərlərimizi görmək üçün hər kəsi Türk və İslam Əsərləri Muzeyimizə dəvət edirəm. Ölkəmizə yenidən gətirdiyimiz bu kitab millətimiz üçün xeyirli olsun”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova