Tayvanda axtarış-xilasetmə qrupları Hualien şəhərinin şimalındakı Taroko Milli Parkında daha iki nəfərin cəsədini tapıb.
Demokrat.az xəbər verir ki, bu barədə zəlzələdən sonra qurulan Təcili Yardım Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Tayvanın Hualien şəhərində baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 12-yə yüksəlib.
İndiyədək ölənlərin sayı 12-yə çatsa da, 13 nəfərdən hələ də xəbər olmadığı açıqlanıb.
Digər tərəfdən, zəlzələ nəticəsində 671 nəfər hələ də zəlzələ bölgəsində qalıb.
Zərərçəkənlərin əksəriyyəti Taroko Milli Parkının ətrafındakı otel və sığınacaqlarda gözləyir.
Aysu Demokrat.az


