Ermənistan Baş naziri Nikol Paşinyanın aprelin 5-də Brüsseldə keçiriləcək görüşünə hakim “Mülki Müqavilə” partiyasının deputatları arasında böyük ümidlər bəslənilir. “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazıb ki, bu görüş Ermənistanın sonda hara gedəcəyini müəyyən edəcək. Əgər Qərb “dəstək” bəyanatları ilə yanaşı, əməli addımlar atsa və Ermənistana külli miqdarda pul ayırsa, bunun sayəsində Rusiya iqtisadiyyatından ayrılmaq mümkün olarsa, hakimiyyət tərəddüd etmədən təhlükəsizlik vektorunu dəyişməyi öhdəsinə götürəcək.
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan 5 aprel tarixində Brüsseldə keçirilən görüşə böyük ümidlə yanaşır və bunu əvvəldən də proqnozlaşdırmaq mümkün idi.
O əlavə edib ki, Ermənistanın baş naziri, parlament sədri və digər rəhbər şəxslər müstəvisində verilən mesajlar 5 aprel Brüsseldə keçiriləcək görüşdə Ermənistan tarixində yeni bir səhifənin açılacağına ümid və etimadın formalaşması fikri geniş yayılır:

Politoloq diqqətə çatdırıb ki, istənilən halda bütün bunlar Ermənistanda aqressiv düşüncəni daha da gücləndirə və Ermənistanın ritorikasını dəyişə bilər:
“Bu isə Azərbaycanla sülh müqaviləsi prizmasında təhlükələr yaradır və tərəfləri sülhdən bir qədər də uzaqlaşdıra bilər. Məhz bu səbəbdən bu görüşü Azərbaycan böyük narahatlıqla qarşılayır. Digər tərəfdən, Azərbaycan tərəfinin burada iştirak etməməsi həm təəccüb yaradır, həm də regional məsələlərdə Qərbin Cənubi Qafqazda ayrıcı xətlər keçirmək niyyətini açıq büruzə verir”.
Törə Zeynallı Demokrat.az


