"Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.
Demokrat.az "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib: "Yaranmış problem qısa müddətdə aradan qaldırılıb".


