Norveç parlamentində bomba olması ilə bağlı polisə müraciət daxil olub.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, Oslo polisinə parlamentdə bomba təhlükəsi olduğu bildirilib və bu səbəbdən binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib:
“Ölkə polisi Parlamentin təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün hadisə yerindədir. Hələlik təhlükə ilə bağlı hər hansı rəsmi bir məlumat yoxdur”.
Parlament sözçüsü bildirib ki, hazırda binaya girişlər bağlanıb və insanlar binanı tərk ediblər.
Aysu Demokrat.az


