Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk Qəzza bölgəsində baş verən müharibə ilə əlaqədar tərəfləri təcili humanitar atəşkəs elan etməyə çağırıb.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Müqəddəs Pyotr meydanında keçirilən iclasda çıxış edib.
Ədalət olmadan sülhün olmayacağını ifadə edən Papa bildirib ki, Yaxın Şərqdən kədərli xəbərlər gəlməyə davam edir:
“Qəzza zolağında dərhal atəşkəs üçün tələbimi bir daha təkrar edirəm.
Humanitar yardım paylayan könüllülərin öldürülməsinə görə də dərin təəssüf hissi keçirirəm. Yorğun və əziyyət çəkən insanların humanitar yardıma ehtiyacı var”.
Aysu Demokrat.az


