Dünya Özəl

Türkiyədə dəhşətli qəza: 2 ölü, 1 yaralı

Türkiyədə dəhşətli qəza: 2 ölü, 1 yaralı

Türkiyədə avtomobillə yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Kayseri vilayətində baş verib.

Qəza ərazisinə təcili tibbi yardım və polis qrupları göndərilib.

Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı istintaq başladılıb.

Aysu Demokrat.az

D
demokrat.az