ABŞ-ın Ağ Ev administrasiyası İsrailə hərbi sursatlar satmağa hazırlaşır.
Demokrat.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Bildirilib ki, ölkə tərəfindən İsrailə 18 milyard dollar dəyərində silah satılacaq.
İsrailin Qəzzaya hücumları başladığından bəri ən yüksək məbləğ olan bu satış 50 ədəd F-15 döyüş təyyarəsindən ibarətdir.
Qeyd edək ki, belə yüksək məbləğdə satışlar üçün ABŞ Konqresinin təsdiqi tələb olunur.
Aysu Demokrat.az


