Dünya Özəl

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hava təlimi keçirdi

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hava təlimi keçirdi

Cənubi Koreya, ABŞ və Yaponiya Koreya yarımadası yaxınlığında nüvə qabiliyyətli təyyarələrdən istifadə etməklə birgə hava təlimi keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Məlumatda, Cənubi Koreya, ABŞ və Yaponiyanın nüvə silahına malik “B-52” bombardmançı təyyarələrinin iştirakı ilə Koreya yarımadası yaxınlığında birgə hava təlimi keçirdiyi bildirilib.

Açıqlamada bunun bu il bu ölkələr arasında keçirilən ilk üçtərəfli təlim olduğu vurğulanıb.

Həmçinin təlimin Şimali Koreyanın artan nüvə və raket təhdidlərinin qarşısını almaq üçün təşkil edildiyi qeyd edilib.

Son olaraq, Şimali Koreyanın təhdidlərinə qarşı birgə təlimlərin genişləndiriləcəyi bəyan olunub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova