Hadisə

Lerikdə 3 ailənin 11 üzvü qidadan zəhərləndi

Lerikdə 3 ailənin 11 üzvü qidadan zəhərləndi

Lerik rayonunda istirahət mərkəzlərinin birində 11 nəfər zəhərlənib.

Demokrat.azxəbər verir ki, zəhərlənənlərdən 6-sı azyaşlıdır.

Bakı şəhər sakinləri olan həmin şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlar 3 ailənin üzvləridir, ilkin ehtimala görə, özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər.

Onlara ilkin tibbi yardım göstərilib.

Zəhərlənən şəxslərin adlarını təqdim edirik:

1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə 1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə 2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə 2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə 1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva 1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva 2020 – ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva 2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev 1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev 2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva 2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyev.

D
demokrat.az