Nəsimi rayonu ərazisində yerləşən "Qış parkı"ndakı yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər açıqlanıb.
Demokrat.az-ın məlumatına görə, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.
Parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.
Gündəlik tariflər aşağıdakı kimi olacaq:
0-2 saat - 1 manat; 2-4 saat - 2 manat; 4-6 saat - 3 manat; 6-10 saat - 4 manat; 10-12 saat - 5 manat; 12-24 saat - 8 manat. Aylıq tariflər isə belə olacaq: Bir günə 12 saatlıq - 80 manat (əvvəllər 30 manat); Bütün günü (24 saatlıq) - 120 manat (əvvəllər 60 manat); Qonşular tarifi - 50 manat (əvvəllər 20 manat).



