Şou-biznes

Silahlı insidentin olduğu məkanda Röya konsert verəcəkmiş, təxirə salındı — VİDEO

Silahlı insidentin olduğu məkanda Röya konsert verəcəkmiş, təxirə salındı — VİDEO

Xalq artisti Röya Ayxanın Moskvada terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”dakı konserti təxirə salınıb.

Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə özünün “Instagram” hesabında məlumat verib.

O bildirib ki, iki dəqiqədən sonra səhnəyə çıxmalı idi:

“Hadisə ikinci zalda olub, bütün dostlarım narahatdırlar, zəng edirlər. Biz yaxşıyıq”.

Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir.

Həmin görüntüləri təqdim edirik:

D
demokrat.az