Türkiyənin İzmir şəhərində silahlı insident olub.
Demokrat.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Bildirilib ki, hadisə relsli nəqliyyat vasitələrinin dayanacağında - mübadilə mərkəzində qeydə alınıb.
Silahlı atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.


