Almaniya Ukraynaya 500 milyon avroluq yeni yardım paketi təqdim edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius açıqlama verib.
Nazir, Ukrayna üçün 500 milyon avro dəyərində yardım paketi hazırladığını ifadə edib
Həmçinin, paketə Alman ordusu ehtiyatlarından 10 min artilleriya mərmisinin daxil olduğunu bildirib.
Pistorius bu paket çərçivəsində Ukraynaya 100 zirehli piyada maşını və 100 nəqliyyat vasitəsinin veriləcəyini də bəyan edib.
Aysu Demokrat.az


