Salyan şəhərinin mərkəzində yaşayan sakinlər küçələrin və yolların vəziyyətindən narazıdırlar.
Sakinlər Demokrat.az-a müraciət edərək bildirib ki, şəhərin mərkəzi küçələri, həmçinin, 44 günlük Vətən müharibəsi Qəhrəmanı, şəhid mayor Vidadi Əhmədovun adını daşıyan küçənin və Əliağa Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin yolları keçilməz haldadır.
Məktəblilər və digər insanlar sözügedən yollarda hərəkət etməkdə çətinlik çəkirlər.

Sakinlərin sözlərinə görə, sadlanan yollarda su-kanalizasiya qazıntısı ilə bağlı işlər aparılan zaman yollar daha da bərbad vəziyyətə salınır.
Uşaqların məktəbə getməsindən tutmuş, təcili yardım xidmətindən istifadə etməyin qeyri-mümkün olmasına qədər yaşanan bir çox problemlər sakinlərin narazılığını artırmaqdadır.
Məsələ ilə bağlı müvafiq qurumlar heç bir tədbir görmək istəmirlər.

Aysun Demokrat.az


