Dünya Özəl

Somalidə otelə hücum: Ölən və yaralananlar var

Somalidə otelə hücum: Ölən və yaralananlar var

Somalidə "Əş-Şəbab" terror təşkilatı üzvlərinin otelə hücumu nəticəsində 3 əsgər ölüb, 27 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, “Əş-Şəbab” hücumunda 3 əsgər həyatını itirib, 3-ü millət vəkili və 9-u əsgər olmaqla 27 nəfər yaralanıb.

Hücumdan sonra başlayan qarşıdurmada 5 terrorçu zərərsizləşdirilib.

Sözügedən oteldə hökumət rəsmiləri tez-tez görüşlər keçirirdilər.

Hadisə ilə bağlı istintaq başladılıb, araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova