Gündəm Özəl

Bayram yarmarkası davam edir — Qiymətlərdə fərq varmı? (VİDEO)

Bayram yarmarkası davam edir — Qiymətlərdə fərq varmı? (VİDEO)

Novruz bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi “Kənddən şəhərə” yarmarkası davam edir.

Demokrat.az xəbər verir ki, “İctimai TV”-nin müxbiri bayram yarmarkasındakı qiymətlərlə tanış olub. Belə ki bazarda qiyməti 14-15 manat arasında dəyişən qara kişmişin yarmarka qiyməti 11 manatdır. Çox yerdə 12-13 manata satılan qaysı isə burada 8 manata təklif olunur. Yarmarkada Qəbələ, Zaqatala fındığı da var. Bayram xonçasında yer tutan iynə, innabın kiloqramı isə 8-9 manatdır. Yarmarkada süd məhsulları da yer alıb. Pendirin qiyməti 6-10 manat civarındadır. Alıcılar yarmarkadakı qiymətlərdən razı olduqlarını qeyd edirlər.

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Asiman Aslanova bildirib ki, yarmarka 19 marta qədər davam edəcək.

Ətraflı süjetdə:

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova