Region Özəl

Türkiyədə bu xəstəlik kəskin artdı

Türkiyədə bu xəstəlik kəskin artdı

Türkiyədə böyrək çatışmazlığı xəstəliyi artmağa başlayıb.

Demokrat.az xəbər verir ki, bununla bağlı türkiyəli professor Yakup Ekmekçi qiymətləndirmələr aparıb.

O bildirib ki, Türkiyədə son 15-20 ildə xroniki böyrək çatışmazlığı artmaqdadır:

“İnkişaf etmiş ölkələrdə də vəziyyət bənzərdir. Piylənmə hər gün artan ciddi bir problemdir. Bu xəstəlik artıq böyük deyil, uşaq xəstəliyinə çevrilib.

Piylənmə böyrək çatışmazlığında əhəmiyyətli bir risk faktorudur. Piylənmə və şəkərli diabet artdıqca böyrək xəstəlikləri də artır.

Biz az hərəkətdə olub, daha çox duzlu və yağlı qidalar qəbul edirik. Bu, həm uşaqların, həm də böyüklərin bütün yaş qruplarının sağlamlığına təsir edir.

Dünyanın bəzi ölkələrində xüsusilə uşaqlar üçün rutin sağlamlıq testləri edilir.

Bunun tətbiqi Türkiyədə də artırılmalıdır ki, bu artımın qarşısı qısa zamanda alınsın”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova