Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqa səfər edib.
Demokrat.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Məlumat görə, nazir Hakan Fidan İraqda nazirlərin təhlükəsizlik toplantısının keçiriləcəyi Bağdada yollanıb.
İraq Xarici İşlər Nazirliyində keçiriləcək təhlükəsizlik toplantısına Milli Müdafiə naziri Yaşar Gülər və MİT direktoru İbrahim Kalın da qatılıb.
Qeyd edək ki, toplantıdan sonra xarici işlər nazirinin ikitərəfli görüşlər keçirəcəyi bildirilir.
Aysu Demokrat.az


