Dünya Özəl

Maduro yenidən seçkilərə gedir

Maduro yenidən seçkilərə gedir

İyulun 28-də Venesuela Bolivar Respublikasında prezident seçkiləri keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Şurası (CNE) məlumat yayıb.

Bildirilib ki, prezidentliyə namizəd olmaq üçün müraciətlər 21-25 mart tarixləri arasında ediləcək.

Seçki kampaniyası isə 4-25 iyul tarixləri arasında aparılacaq.

Hakim partiyanın namizədinin isə hazırkı Prezident Nikolas Maduro olacağı gözlənilir.

Müxalifətin namizədinin yaxın günlərdə keçiriləcək ittifaq danışıqlarından sonra müəyyənləşəcəyi nəzərdə tutulub.

Aysu Demokrat.az

D
demokrat.az