Dünya Özəl

Qazaxıstanda güclü zəlzələ

Qazaxıstanda güclü zəlzələ

Qazaxıstanın Almatı şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Seysmik Stansiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, Almatıdan 31 kilometr cənubda hiss edilən zəlzələ yerli vaxtla saat 11.22-də baş verib.

Yeraltı təkanlar nəticəsində insan itkisi və dağıntıların olmadığı bildirilib.

Qeyd edək ki, zəlzələ Qırğızıstanın paytaxtı Bişkekdə də hiss olunub.

Aysu Demokrat.az

D
demokrat.az