Dünya Özəl

Peskov: NATO Ukraynanı öz ərazisi kimi görür

Peskov: NATO Ukraynanı öz ərazisi kimi görür

“NATO Ukraynanı öz ərazisi kimi görür”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

ABŞ-nin müdafiə naziri Lloyd Austinin “Ukrayna məğlub olarsa, NATO Rusiya ilə döyüşəcək” ifadəsini dəyərləndirən Peskov bunun “məsuliyyətsiz” bir açıqlama olduğunu qeyd edib.

Peskov, "Bəzi Avropa ölkələrindən son dərəcə məsuliyyətsiz bəyanatlar eşidirik. Bu bəyanatlar gərginliyin artmasına səbəb olur və NATO-nun baxışını göstərir.

NATO Ukraynanı öz ərazisi kimi görür. Bu, Rusiyanın etdiyi xüsusi hərbi əməliyyatların düzgün aparıldığını göstərir”,-deyə əlavə edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova