Dünya Özəl

İspaniyanın xarici işlər naziri: “Ukraynada ispan əsgərləri olmayacaq”

İspaniyanın xarici işlər naziri: “Ukraynada ispan əsgərləri olmayacaq”

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Fransa prezidenti Emmanuel Makronun gündəmə gətirdiyi “Ukraynaya əsgər göndərilməsi” iddiasına qarşı çıxıb.

Demokrat.az xəbər verir ki, nazir, bu barədə İspaniya parlamentindəki çıxışı zamanı danışıb.

Nazir, qətiyyətlə Ukraynada ispan əsgərlərinin olmayacağını bildirib:

“Sözügedən bölgəyə əsgərlərimiz göndərilməyəcək. Çünki biz sülh istəyirik. İspaniya hökuməti də Qəzza və Ukraynada sülh və beynəlxalq hüquqlara hörmət istəyir”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova