Şəkidə bacısının ərini öldürməkdə təqsirləndirilən Cavid İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Xaliq Məmmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, hadisə Şəki rayonunun Aşağı Küngüt kəndində baş verib. Kənd sakini, 35 yaşlı Cavid İsayev bacısının əri, 41 yaşlı Asif Həşimovu bıçaqlayaraq qətlə yetirib.
Fariz Məlikli Demokrat.az


