"Mahnılarımın çoxu sevgidəndir. Günay İbrahimli sevir. Sevməsə yaşaya bilməz. Sevgi gözəl bir hissdir və hər kəs də bunu dadır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "Qonaqcanlı" proqramında deyib.
Sevgidən danışan sənətçi "Yaxın günlərdə Günay bizi sevindirir" sualına " İnşallah, qismət. Xeyirlisi nədirsə, elə də olsun" cavabını verib.
Sənətçi toy məclislərinə qatılmasından bəhs edib. Günay bildirib ki, bütov toylara getmir:
"Ancaq xanımların olduğu xına məclislərinə bütöv gedirəm".
İbrahimli dostluqlardan şikayətlənib və"Çox inanmışam, amma yanılmışam. Ona görə də dostluqlara inanmıram" sözlərini əlavə edib.
"Son zamanlar kimə necə xoşdur elə geyinir. Zövqlü müğənnilərimiz həddindən artıq azdır. Son vaxtlar ən çox Aygün Kazımovanı bəyənirəm. Zülfiyyə Xanbabayeva və Röyanı da bəyənirəm".


