Ötən il İranda yağıntılar əvvəlki illə müqayisədə 34 faiz azalıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin “Tesnim” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, son bir il ərzində yağıntılarda əvvəlki ilə nisbətən 34 faiz azalma olub.
Qeyd edək ki, sözügedən azalma 4 əyalətdə su çatışmazlığına səbəb olub.
Bu ilin hava proqnozlarına görə yağıntıların daha da azalacağı, bu yay ölkədə su problemi olan əyalətlərin sayının 16-ya yüksəlməsinin gözlənildiyi bildirilir.
Aysu Demokrat.az


