Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Demokrat.azxəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.


