Son günlərdə kütləvi informasiya vasitələrində Yasamal gölünün qurudulması ilə bağlı bir sıra məlumatlar yayımlanıb.Bildirmək istəyirik ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir.
Yayımlanan videonun çəkildiyi ərazi gölətrafı bulvar salınması üçün ayrılmış zonadır. Yəni bu hissədə heç bir bina tikintisi nəzərdə tutulmur. Ərazidə aparılan prosesin məqsədi gölü qurutmaq yox, sadəcə gölün səth hissəsində bərkitmə işləri aparmaqdır. Bu bərkitmə işləri yekunlaşdıqdan sonra gölətrafı bulvar ərazinin salınmasına başlanılacaq. Məsələ ilə maraqlananlara layihənin ilk iki mərhələsinin baş planını təqdim edirik. 

İcra olunması nəzərdə tutulan layihənin render şəkilləri ilə aşağıda tanış ola bilərsiniz. 


