Dünya Özəl

Avstraliyada 4 nəfəri ildırım vurdu

Avstraliyada 4 nəfəri ildırım vurdu

Avstraliyanın Sidney şəhərində botanika bağına ildırım düşməsi nəticəsində 4 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə gələn tibb qrupları ildırımın vurduğu 4 nəfərə tibbi yardım göstərib.

Xəstəxanaya yerləşdirilən 4 nəfərin vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, hadisədən sonra şəhərin şimalında və Hunter bölgəsində təxminən 19 500 evdə elektrik kəsilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova