Türkiyənin Osmaniyə vilayətində 40 yaşlı qadının mədəsindən 2 kiloqram ağırlığında saç tükü çıxarılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, qarın ağrısı və ürəkbulanma şikayətləri ilə dəfələrlə xəstəxanaya müraciət edən xəstə yenidən özəl tibb müəssisəsinə müraciət edib.
Müayinələr nəticəsində qadının mədəsində yad cisim olduğu müəyyən edilib və xəstənin əməliyyat olunmasına qərar verilib.
Əməliyyat zamanı 40 yaşlı xəstənin mədəsindən 12-13 santimetr uzunluğunda, ümumilikdə 2 kiloqram saç tükü çıxarılıb.
Aysu Demokrat.az


