Hadisə

Xətaidə avtobus qəzası - İki qadın yaralandı (FOTOLAR)

Xətaidə avtobus qəzası - İki qadın yaralandı (FOTOLAR)

Paytaxtın Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, "Nargilə" kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən Oxu.az-a verilən məlumata görə, iki nəfər yaralanıb, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib:

"Qəza nəticəsində iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkimin verdiyi məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı Şəhər Xəstəxanasına aparılıb".

Fotolar Bakı Nəqliyyat Agentliyinə məxsusdur.

D
demokrat.az