Dünya

Ermənistanda Baş Qərargah rəisinin birinci müavini vəzifədən azad edildi

Ermənistanda Baş Qərargah rəisinin birinci müavini vəzifədən azad edildi

General-leytenant Kamo Koçunts Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib.

Demokrat.az News.am-a istinadla xəbər verir ki, bu barədə Müvafiq fərman Ermənistan Prezidenti Vaaqn Xaçaturyan tərəfindən fevralın 13-də imzalanıb. Fərmanda bildirilir ki, sənəd Baş nazirin tövsiyəsi əsasında imzalanıb.

Xaçaturyanın müvafiq fərmanları ilə general-mayor Artak Budayqan Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəri, hərbi Akademiyanın rəisi, polkovnik Artur Eroyan isə Baş Qərargah rəisinin müavini təyin edilib.

D
demokrat.az