Dünya Özəl

Hizbullah İsrailin şimalına hücum etdi

Hizbullah İsrailin şimalına hücum etdi

Hizbullah hərəkatı Livanın cənubundan İsraildəki hərbi məntəqəyə hücum edib.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail fövqəladə yardım xidməti açıqlama yayıb.

Açıqlamaya görə, ölkənin Kiryat Şmona şəhərinə edilən raket hücumu nəticəsində 2 israilli yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, Hizbullah Hərəkatı da həyata keçirdiyi hücumlarla bağlı iki ayrı bəyanat yayıb.

Bəyanatda, Kiryat Şmona şəhərindəki polis idarəsi və Hunin qalası yaxınlığının “uyğun silahlarla” hədəf alındığı və hücumların uğurlu olduğu açıqlanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova