Filippində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 68-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, ölkənin Davao de Oro əyalətində aparılan araşdırmalar nəticəsində daha 54 cəsəd tapılıb.
Bununla da bölgədə həyatını itirənlərin sayı 68 nəfərə yüksəlib.
Xatırladaq ki, fevralın 6-da sözügedən əyalətin Mako şəhərində qızıl mədəninin qarşısında torpaq sürüşməsi baş verib.
Aysu Demokrat.az


