Bakının Xətai rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Zamiq Tanrıverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Aytən Əliyevanın icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, Zamin Tanrıverdiyev Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı 1987-ci il təvəllüdlü Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Zamin Tanrıverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi üzrə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


