Dünya

Zelenski Makronla telefonla danışdı

Zelenski Makronla telefonla danışdı

UkraynaPrezidentiVolodimirZelenskivəfransalıhəmkarıEmmanuelMakronarasındatelefondanışığıolub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

“Biz döyüş meydanındakı vəziyyəti və Ukraynanın müdafiə ehtiyaclarını, yaxın mənzilli pilotsuz uçuş aparatlarını, artilleriya sistemləri və mərmiləri, hava hücumundan müdafiə sistemlərinin xüsusiyyətlərini müzakirə etdik”, - Zelenski qeyd edib.

Bundan əlavə, onlar G7 Vilnüs Bəyannaməsi çərçivəsində təhlükəsizlik təminatlarına dair ikitərəfli sənədin hazırlanmasını müzakirə ediblər.

NE
Nihadə Eyyubova