Hadisə

Bakıda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyuldu - FOTOLAR

Bakıda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyuldu - FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova Bakıda heykəl qoyulub.

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

Onun sözlərinə görə, heykəl paytaxtın Nərimanov rayonu ərazisində qoyulub:

"Heykəl elə Albert Aqarunov küçəsində ucaldılıb".

Qeyd edək ki, Milli Qəhrəman 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

D
demokrat.az