Şou-biznes

Hamını lağa qoyurdu, özü də bunu etdirdi — FOTO

Hamını lağa qoyurdu, özü də bunu etdirdi — FOTO

Müğənni Günel Ələkbərova plastik əməliyyatdan sonra ilk dəfə görüntülənib.

Axşam.az xəbər verir ki, sənətçi bədənşəkilləndirmə əməliyyatı olunub. Günel hər zaman açıqlamalarında bu formada bədən quruluşu etdirənləri lağa qoymasına baxmayaraq özü də eynisini etdirməsi ilə diqqət çəkib.

O, artıq çəkidən xilas olub, belini incəldib və ombasını böyütdürüb.

Qeyd edək ki, Günel bir müddət əvvəl bu cür əməliyyat olunanları "ana qarışqa" adlandırmışdı. "Camaat lüt gəzir. Bizim adımız çıxıb. Əksəriyyəti elə bil ana qarışqadır. Hamısının beli bir damcı, ombaları nə boyda. Əməlli yük daşıyırlar" deyə, o, açıqlamasında söyləyib.

Sənətçi əməliyyatdan sonra "Xəbərin var?" proqramına qatılıb.

Hamını lağa qoyurdu, özü də bunu etdirdi — FOTO
Hamını lağa qoyurdu, özü də bunu etdirdi — FOTO

D
demokrat.az