Hadisə Özəl

Gürcüstanda torpaq sürüşməsi: Ölənlər var

Gürcüstanda torpaq sürüşməsi: Ölənlər var

Gürcüstanda torpaq sürüşmələrində həyatını itirənlərin sayı 11-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda İmereti və Acarıstan bölgələrində baş verən sürüşmə nəticəsində bəzi insanların torpaq altında qaldığı bildirilib.

200 nəfərlik axtarış-xilasetmə qrupunun əməliyyatları nəticəsində 9 nəfərin cansız cəsədinin çıxarıldığı və axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Acarıstan bölgəsində torpaq sürüşməsi nəticəsində iki nəfər həyatını itirmişdi.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova