Gündəm Özəl

“Xalq Qarabağı Azərbaycana qaytaran şəxsə səs vermək üçün fəallıq göstərir”

“Xalq Qarabağı Azərbaycana qaytaran şəxsə səs vermək üçün fəallıq göstərir”

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçki məntəqələrində aktivlik müşahidə edilir. Cəmiyyətin tanınmış simaları da seçkilərdə fəal iştirak edir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri,Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasınınüzvü Elçin Şıxlı Demokrat.az-a seçkilərlə bağlı fikirlərini bildirib:

“Elə indi səs verməyə gedirəm. Azərbaycan Dövlət Pedaqoji Universitetindəqurulan seçki məntəqəsində səs verəcəm.Reallıq ortadadır – Qarabağı Azərbaycan xalqına qaytaran şəxsə səs vermək üçün yəqin ki, hamı fəallıq göstərir. Vətəndaşların seçkidə fəal iştirak etməsini bununla əlaqələndirirəm”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova