Hadisə Özəl

Hərbi helikopter qəzaya uğradı — Ölənlər var

Hərbi helikopter qəzaya uğradı — Ölənlər var

Kolumbiyanın Çoco inzibati bölgəsində hərbi helikopterin qəzaya uğraması ölümlə nəticələnib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinə məxsus helikopter Çoco, Unguia rayonunun kənd ərazisinə düşüb.

Qəzada 5 əsgər həyatını itirib, 3 əsgər isə yaralanıb.

Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Ordunun verdiyi açıqlamada ölən əsgərlərin ailələrinə başsağlığı verilib və qəza ilə bağlı araşdırma başlandığı açıqlanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova