Mədəniyyət Özəl

"Musiqi kimliyimiz" layihəsi başlayır

Musiqi kimliyimiz layihəsi başlayır

Gəncə Dövlət Filarmoniyasında ilk dəfə"Musiqi kimliyimiz" layihəsi baş tutacaq.

Gəncə Dövlət Filarmoniyasının mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə "Musiqi kimliyimiz" layihəsi çərçivəsində çoxəsrlik keçmişə malik aşıq sənətinə, dastanlara həsr olunmuş gecələr keçiriləcək.

Layihənin məqsədi milli dəyərləri gənc nəslə çatdırmaq, geniş kütləyə təqdim etməkdir.

İlk ədəbi-bədii gecə 2 mart saat 19:00-da Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli saz-söz ustadı Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunacaq.

İlk gecə Azərbaycan Aşıqlar Birliyi ilə birgə baş tutacaq.

Qeyd edək ki, layihənin informasiya dəstəkçilərindən biri Demokrat.az xəbər portalıdır.

Aygün Əlizadə Demokrat.az

D
demokrat.az