Maraqlı Özəl

Türkiyəli kosmonavtın Yerə qayıdışı yenidən təxirə salındı

Türkiyəli kosmonavtın Yerə qayıdışı yenidən təxirə salındı

Türkiyəli kosmonavt Alper Gezeravcı və onu müşayiət edən astronavtların Yerə dönüşü yenidən təxirə salınıb.

Demokrat.az xəbər verir ki, bu barədə “SpaceX” açıqlama yayıb.

Açıqlamada, “Ax-3”komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) yola salınmasının təxirə salındığı bildirilib:

“Florida sahillərində davam edən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, gəmi Kosmik Stansiyadan ayrılmasını dayandırır.

Kosmik gəmi və “Ax-3” ekipajı sağlamdır və komandalar növbəti qayıdış imkanı üçün hava şəraitini izləməyə davam edəcəklər".

Aysu Demokrat.az

D
demokrat.az